azturkxeber.az
http://azturkxeber.az

AMEA nəzdində RSXM-nin baş direktoru Yaponiyada səfərdə olub

02-11-2026

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli 21-29 oktyabr 2026-cı il tarixlərində Yaponiyanın SHINYEI KAISHA təşkilatının təşkilatçılığı ilə Yaponiyada səfərdə olub.

Azturkxeber.az xəbər verir ki, səfərin məqsədi iki ölkənin seysmoloji mərkəzləri arasındakı əməkdaşlıq, eləcə də seysmologiya sahəsində tədqiqat aparan elmi tədqiqat institutlarında aparılan işlərlə yaxından tanışlıq, birgə layihələrdə iştirak və qarşılıqlı əməkdaşlıq sahəsində əlaqələrin daha da genişləndirilməsi ilə bağlı görüşlərin keçirilməsi olub.

Səfər çərçivəsində professor Qurban Yetirmişli Yaponiyanın Tokio və Naqoya şəhərlərində çoxsaylı işgüzar görüşlər keçirib. Belə ki, RSXM-nin baş direktoru Yaponiya Milli Yer Elmləri və Fəlakətlərə Dayanıqlılıq üzrə Tədqiqat İnstitutunun direktor müavini Takashi Kunugi, Strateji planlaşdırma şöbəsinin rəhbəri Takashi Okabe, həmin şirkətin mütəxəssisi Yukiko Williams, OYO Şirkətlər qrupunun prezidenti və icraçı direktoru Hirofumi Amano, şirkətin direktor müavini Youichi Oyama, OYO Laboratoroya və Araşdırmalar Mərkəzinin direktoru Sakurai Kiyohito, həmçinin OYO Seismic Instruments Co. Ltd şirkətinin prezidenti Harada Joji, Koide Eiji və Naqoya Universitetinin Zəlzələ və Vulkan Tədqiqatları Mərkəzinin professoru Jun Tobito, eləcə də Shinyei Kaişa șirkətinin icraçı direktoru Akazava Hideo ve İnfrastruktur șobəsinin mudiri Kushimoto Masaru ile görüşlər keçirib.

Keçirilən görüşlərdə ikitərəfli əlaqələrin və təcrübə mübadiləsinin daha da genişləndirilməsi haqqında razılıq əldə olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30