azturkxeber.az
http://azturkxeber.az

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi bir sıra görüşlər keçirib

02-11-2026





Oktyabrın 27-də Azərbaycan Respublikası Baş prokurorunun müavini – Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbov Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq mühafizə orqanları rəhbərlərinin üçüncü yüksəksəviyyəli görüşü çərçivəsində ölkəmizə səfər etmiş Türkmənistan Baş prokurorunun müavini Əziz Ağayev, Özbəkistan Respublikasının Korrupsiyaya qarşı Mübarizə Agentliyinin direktoru Akmal Burxanovun rəhbərlik etdiyi nümayəndə heyətini və Yaxın Şərq və Şimali Afrika Regionu üzrə Agentliklərarası Aktivlərin Bərpası Şəbəkəsinin (MENA-ARIN) baş katibi Fayz Xurays F. Əlbaqamini qəbul etmişdir.

Azturkxeber.az xəbər verir ki, görüşlərdə Baş idarə rəisi Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin salamlarını nümayəndə heyətlərinə çatdırıb, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən müəyyən edilmiş dövlət siyasətinə uyğun olaraq Azərbaycan Respublikasının prokurorluq orqanlarında beynəlxalq hüquqi əməkdaşlığın genişləndirilməsi, Azərbaycanın beynəlxalq təşkilatlar çərçivəsində korrupsiyaya qarşı mübarizə sahəsində irəli sürülən təşəbbüslərdə fəal iştirakı, ölkəmizdə sözügedən sahədə ixtisaslaşmış qurumlar olan Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin fəaliyyəti, korrupsiya hüquqpozmalarının aşkar edilməsi, qarşısının alınması, ibtidai araşdırmaların aparılması, aktivlərin bərpası, ekstradisiya və qarşılıqlı hüquqi yardım sahəsində görülən işlər barədə məlumat verib.

Nazim Rəcəbov qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi və qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi istiqamətində ölkəmizdə ardıcıl tədbirlərin həyata keçirilməsinin dəstəkləndiyini, həmin dəstəyin hüququn aliliyinin möhkəmləndirilməsi və cinayətkarlıqla mübarizəyə yönəlmiş dövlət proqramlarında və milli strategiyalarda öz əksini tapdığını xüsusi vurğulayıb.

Qonaqlar öz çıxışlarında səmərəli beynəlxalq əməkdaşlığı bundan sonra da effektiv şəkildə davam etdirəcəklərini bildirərək, Azərbaycan Prokurorluğu tərəfindən İƏT-in işinə verilən dəyərli töhfə və daimi dəstəyə görə öz təşəkkürlərini bildiriblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30