Taleh Kazımov ekspertlərlə növbəti görüş keçirib




Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımovun iqtisadi ekspertlərlə növbəti görüşü baş tutub.
Azturkxeber.az xəbər verir ki, görüş zamanı makroiqtisadi mühit və mövcud iqtisadi tendensiyalar, tənzimləmə və nəzarət çərçivələri, kreditləşmənin hazırkı dinamikası, eləcə də mərkəzi bankçılıq gündəliyində yer alan digər aktual məsələlər müzakirə olunub.
Tərəflər qeyd olunan istiqamətlər üzrə geniş fikir mübadiləsi aparıblar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: