azturkxeber.az
http://azturkxeber.az

Polis iki gün ərzində 75 cinayətin açılmasını təmin edib

02-11-2026

Oktyabrın 31-də və noyabrın 1-də polis əməkdaşları tərəfindən ölkə ərazisində 75 cinayətin açılması təmin olunub.

Azturkxeber.az-ın məlumatına görə, açılan cinayətlərin 66-sı cari, 9-u isə əvvəlki dövrlərdən qeydə alınan faktlarla bağlıdır.

Hesabat dövründə axtarışda olan 83 nəfər saxlanılıb. Onlardan 51-i borclu şəxs olub. Həmçinin cinayət törətməkdə şübhəli bilinən 63 nəfər saxlanılıb, itkin düşmüş şəxs qismində axtarılan 8 nəfərin yeri müəyyən edilib.

Polis əməkdaşları tərəfindən 22 narkotik və 6 qanunsuz silah-sursat faktı aşkarlanıb. Dələduzluğa görə axtarışda olan 10 nəfər də saxlanılıb.

Əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 5,7 kiloqram olan narkotik vasitələr, 1 avtomat silahı, 4 tüfəng və 1 patron darağı aşkar edilərək götürülüb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30