Elm və təhsil naziri Ağstafada vətəndaşları qəbul edəcək
Elm və təhsil naziri Emin Əmrullayev noyabrın 27-də Ağstafa şəhərində vətəndaşları qəbul edəcək.
Azturkxeber.az xəbər verir ki, qəbulda Ağstafa, Qazax və Tovuz rayonlarının sakinləri iştirak edə bilərlər.
Vətəndaşlar qəbula yazılmaq üçün bir neçə üsuldan istifadə edə bilərlər. Belə ki, qeydiyyat 146-11 Çağrı Mərkəzi, Elm və Təhsil Nazirliyinin www.edu.gov.az rəsmi saytının “Əlaqə” bölməsi və ya “WhatsApp” vasitəsilə (+994 51 206 78 48) həyata keçirilir.
Qəbula yazılmaq üçün son tarix 18 noyabr 2026-cı il, saat 18:00-dək müəyyən edilib.
Qeyd edək ki, vətəndaşların qəbulda iştirakı üçün əvvəlcədən qeydiyyatdan keçməsi mütləqdir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
