azturkxeber.az
http://azturkxeber.az

Mərkəzi Bankın baş direktoru Tbilisi Maliyyə Sammitində iştirak edib

02-11-2026



Azərbaycan Mərkəzi Bankının baş direktoru Sadiq Axundov Tbilisi Maliyyə Sammiti 2026 çərçivəsində təşkil olunan “Sərhədlərarası maliyyə innovasiyası: regionun birgə sınaqdan keçirə biləcəyi imkanların müəyyənləşdirilməsi” mövzusunda dəyirmi masada iştirak edib.

 Azturkxeber.az-ın məlumatına görə, tədbirdə Sadiq Axundov Mərkəzi Bankın ani ödəniş sistemlərinin sərhədlərarası inteqrasiyası, ödəniş infrastrukturunun təkmilləşdirilməsi və maliyyə innovasiyalarının genişləndirilməsi istiqamətində həyata keçirdiyi layihələr barədə məlumat verib. O, həmçinin ölkələrarası xüsusi tənzimləmə rejiminin tətbiqi imkanlarını diqqətə çatdırıb və digər spikerlərlə bu sahədə mövcud yanaşmaları müzakirə edib.

Çıxışı zamanı regional əməkdaşlığın əhəmiyyətinə toxunan Sadiq Axundov maliyyə innovasiyalarının inkişafı, ödəniş sistemlərinin qarşılıqlı inteqrasiyası və yeni texnoloji həllərin tətbiqi sahəsində təcrübə mübadiləsinin və birgə təşəbbüslərin genişləndirilməsinin vacibliyini vurğulayıb.

O bildirib ki, bu istiqamətlərdə əməkdaşlığın gücləndirilməsi regionda daha çevik və əlçatan maliyyə ekosisteminin formalaşmasına töhfə verə bilər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30