AZAL sərnişinlərinə “AVIS”dən 10%-dək avtomobil icarəsi endirimi
Azərbaycandan səfərə çıxan AZAL sərnişinləri xarici ölkələrdə avtomobil icarəsi xidmətindən 10%-dək endirimlə yararlana biləcəklər.
Azturkxeber.az-ın məlumatına görə, endirim “AVIS” platforması vasitəsilə avtomobil icarəsi zamanı tətbiq olunur.
Kampaniyadan yararlanmaq istəyən sərnişinlərə AZAL-ın rəsmi saytında yerləşdirilən müvafiq keçid vasitəsilə “AVIS” platformasına daxil olmaq kifayətdir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
