Azərbaycan Respublikasının Prezidenti tərəfindən İnsan hüquqları üzrə müvəkkilin seçilməsi üçün namizədlər Milli Məclisə təqdim edilib

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 14-cü bəndi və “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 4.3-cü maddəsi rəhbər tutularaq Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin seçilməsi üçün Əliyeva Səbinə Yaşaq qızının, Qaracayev Ceyhun Yasinəli oğlunun və Vəliyeva Elşanə Rafiq qızının namizədliyi 22 oktyabr 2026-cı il tarixdə Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilib.
Bu barədə Azturkxeber.az-a Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Azərbaycan Respublikasının Milli Məclisinin İnsan Hüquqları Komitəsinin 30 oktyabr 2026-cı il tarixdə keçirilmiş iclasında hər üç namizədin insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində həyata keçirdiyi fəaliyyət və iş təcrübəsi haqqında məlumat verilib, hər üç namizəd dinlənilib, deputatlar tərəfindən müzakirələr aparılıb. Daha sonra Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin seçilməsi üçün Azərbaycan Respublikasının Prezidenti tərəfindən təqdim olunmuş namizədlər Milli Məclisin Plenar iclasına tövsiyə olunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: