azturkxeber.az
http://azturkxeber.az

ACF-də məşqçilər üçün adaptiv cüdo üzrə kurs keçirilir

29-10-2026

Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə milli komandaların Təlim-Məşq Mərkəzində məşqçilər üçün adaptiv cüdo üzrə kurs keçirilir.

Bu barədə Azturkxeber.az-a Azərbaycan Cüdo Federasiyasından (ACF) məlumat verilib.

Avropa Cüdo Birliyinin (EJU) adaptiv cüdo üzrə baş komissarı Marina Draşkoviçin rəhbərlik etdiyi təlimin əsas məqsədi məşqçilərin bu sahədə nəzəri biliklərini genişləndirmək, praktiki bacarıqlarını təkmilləşdirmək və peşəkar hazırlıq səviyyələrini artırmaqdır.

Nəzəri və praktiki məşğələlərdən ibarət kursda 18 məşqçi iştirak edir. Praktiki hissədə ACF-in adaptiv cüdo qrupunun üzvləri də yer alırlar.

Kursu uğurla başa vuran iştirakçılara müvafiq sertifikatlar təqdim olunacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031