azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan boksçularının Avropa çempionatlarında medal sayı 25-ə yüksəlib

28-10-2026

Azərbaycan boksçuları 2026-cı ildə Avropa çempionatlarında uğurlu çıxışlarını davam etdirirlər. Milli komandalarımız qatıldıqları 4 qitə birinciliyində ümumilikdə 25 medal qazanıblar.

Azturkxeber.az xəbər verir ki, mükafatların 5-i qızıl, 8-i gümüş, 12-si bürünc əyarlıdır.

Komandalarımız arasında ən çox medalı böyük potensial vəd edən U-15 millimiz qazanıb. Boksçularımız Trabzonda yeni başa çatan Avropa çempionatında 10 dəfə fəxri kürsüyə yüksəliblər.

U-17 millimiz qitə birinciliyini 8 medalla başa vurub. Böyüklərdən ibarət yığmamız isə analoji yarışda rekord nəticə göstərərək 5 medal qazanıb. Hər iki komandamızın 2 idmançısı fəxri kürsünün ən yüksək pilləsinə qalxıb və Azərbaycan Himnini səsləndiriblər.

U-19 millimizin Avropa çempionatındakı qazancı isə 2 medal olub.

Beləliklə, Azərbaycan boksçuları 2026-cı ildə qatıldıqları bütün Avropa çempionatlarında medal qazanaraq ölkəmizi uğurla təmsil ediblər. Komandalarımız bu yarışların 3-də medal əyarına görə ilk “altılıq”da yer alıblar.

Qitə birinciliklərində əldə olunan nəticələr bununla yekunlaşmır. Noyabrda keçiriləcək U-23 Avropa çempionatı millimizə medal sayını artırmaq və ilin uğurlarına yeni nailiyyətlər əlavə etmək imkanı yaradacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031