azturkxeber.az
http://azturkxeber.az

Dövlət Turizm Agentliyi ilə UNESCO arasında əməkdaşlıq əlaqələri müzakirə olunub

27-10-2026

Oktyabrın 26-da Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə UNESCO-nun Baş direktorunun müavini xanım Asa Regnerin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

Azturkxeber.az xəbər verir ki, görüş zamanı DTA ilə UNESCO arasında mövcud əməkdaşlıq yüksək qiymətləndirilib. Turizm əhəmiyyətli mədəni irsin qorunması və dayanıqlı turizmin inkişafı istiqamətində birgə fəaliyyətin genişləndirilməsinin vacibliyi vurğulanıb.

Həmçinin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş mədəni irs obyektlərinin qorunması və dayanıqlı idarə olunması, İpək Yolları Proqramı çərçivəsində birgə təşəbbüslər, dayanıqlı turizmin inkişafı, UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsi çərçivəsində əməkdaşlıq və qastronomiya turizminin təşviqi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə mədəni irs obyektlərinin qorunmasının, tanıtım və təbliğat işlərinin gücləndirilməsinin əhəmiyyəti qeyd olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031