azturkxeber.az
http://azturkxeber.az

Azərbaycanın qastroturizm imkanları Koreyada tanıdılıb

09-12-2025

Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Azərbaycanın qastroturizm imkanları dekabrın 9-da Koreya Respublikasının Pohanq şəhərində keçirilən “Beynəlxalq Qastronomiya Konfransı 2025” tədbirində tanıdılıb.

Tədbirdə DTA nümayəndə heyəti tərəfindən “Lənkəran UNESCO-nun qastronomiya nominasiyası üzrə Yaradıcı Şəhərlər Şəbəkəsində” mövzusunda təqdimat edilib, Lənkəran şəhərinin coğrafi mövqeyi və iqlim xüsusiyyətləri, qastroturizm və aqroturizm imkanları, bölgə qastronomiyasının özünəməxsus xüsusiyyətləri, bölgəyə xas biomüxtəliflik nümunələri və digər mövzular iştirakçıların diqqətinə çatdırılıb.

Qeyd edək ki, Lənkəran şəhəri 2021-ci il noyabrın 8-də Azərbaycan Respublikasının UNESCO yanındakı Daimi nümayəndəliyinin təşəbbüsü ilə “qastronomiya” nominasiyası üzrə təşkilatın “Yaradıcı şəhərlər Şəbəkəsi”nə daxil edilib.

UNESCO-nun “Yaradıcı şəhərlər Şəbəkəsi” hazırda dizayn, ədəbiyyat, musiqi, film, sənətkarlıq və xalq sənətləri, qastronomiya və media sənətləri mövzuları üzrə 100 ölkədən 408 şəhəri birləşdirən platformadır.

Pohanqın UNESCO-nun “Yaradıcı şəhərlər Şəbəkəsi” siyahısına daxil edilməsi, şəbəkəyə daxil edilmiş şəhərlər arasında təcrübə mübadiləsinin və əməkdaşlığın təşviqi məqsədilə keçirilən “Beynəlxalq Qastronomiya Konfransı 2025”də, həmçinin Pohanq şəhəri üzrə Cənubi Koreya, Usuki şəhəri üzrə Yaponiya, Yangzhou şəhəri üzrə Çin nümayəndə heyətləri tərəfindən təqdimatlar keçirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    December 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
293031