Könüllü DOST” proqramına bu il 30 min müraciət olub

"Könüllü DOST" proqramına bu ilin yanvar-sentyabr aylarında 30 min müraciət daxil olub, onlardan 1106 nəfər proqrama cəlb edilib.
Azturkxeber.az-ın məlumatına görə, könüllülər DOST mərkəzlərində vətəndaşların qarşılanması, xidmət pəncərələrinə yönləndirilməsi, vətəndaş axınının və növbələrin idarə edilməsi, vətəndaşların məlumatlandırılması, elektron sistemlərdən istifadə və digər istiqamətlər üzrə köməklik göstərirlər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: