azturkxeber.az
http://azturkxeber.az

Azərbaycanın veteran cüdoçuları daha bir medal qazanıblar

25-10-2026

Portuqaliyanın Portiman şəhərində keçirilən cüdo üzrə veteranlar arasında Avropa çempionatında Azərbaycan millisinin aktivinə daha bir medal əlavə olunub.

Azturkxeber.az-ın məlumatına görə, M2 yaş kateqoriyasında çıxış edən Elçin Məmmədov (-100 kq) üçüncü yer uğrunda görüşdə Almaniya təmsilçisi Saşa Mixalskiyə qalib gələrək bürünc medala yiyələnib.

Bununla usta cüdoçularımızın qitə yarışında qazandıqları medalların sayı 4-ə çatıb. Daha əvvəl Fərhad Rəcəbli (M8, -90 kq) qızıl, Elşən Kərimov (M4, -60 kq) və Babək Hacıyev (M5, -60 kq) isə gümüş medal əldə ediblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031