azturkxeber.az
http://azturkxeber.az

Türkiyə Prezidentinin baş müşaviri Oqtay Saral vəzifədən ayrıldığını təsdiqlədi

25-10-2026

Türkiyə Prezidentinin baş müşaviri Oqtay Saralın vəzifədən ayrılması ilə bağlı xəbərlər təsdiqlənib.

Azturkxeber.az xəbər verir ki, bu barədə türk jurnalist Talat Atilla məlumat yayıb. Jurnalistin sözlərinə görə, Oqtay Saral onunla söhbətində vəzifədən ayrıldığını etiraf edib.

Oqtay Saral açıqlamasında bunları deyib:

"Bəli. Postlarımızda daimi deyilik. Hörmətli Prezidentimiz məni vəzifəyə gətirdi, onun göstərişi ilə ayrıldım. Heç kimdən incikliyim yoxdur".

Jurnalistin "Azərbaycanla bağlı açıqlamalarınıza görəmi?" sualına isə Saral belə cavab verib:

"Bəli, elə görünür. Əsas olan Türkiyə Cümhuriyyətidir. Əsas olan hörmətli Prezidentimizin uğurudur".

Qeyd edək ki, Oqtay Saral bir müddət əvvəl Azərbaycanla bağlı qalmaqallı açıqlamaları ilə gündəmə gəlmişdi.


Azturkxeber.az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031