azturkxeber.az
http://azturkxeber.az

XII Bakı Beynəlxalq Kitab Sərgisi davam edir

23-10-2026



XII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində bu gün, saat 14:00-da, Bakı Ekspo Mərkəzində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatının təqdimatı keçiriləcək.

Azturkxeber.az xəbər verir ki, təqdimat zamanı iştirakçılar hüquqi nəşrlərlə tanış olmaq, insan hüquqları sahəsində məlumatlılıqlarını artırmaq və mövzu ətrafında fikir mübadiləsi aparmaq imkanı əldə edəcəklər.

Sərgi ziyarətçiləri təqdimatda əyani iştirak etməyə, digər maraqlanan şəxslər isə tədbiri təsisatın sosial media hesabları vasitəsilə onlayn izləməyə dəvət olunurlar.

İştirakçılar təqdimat zamanı sual və təkliflərini bölüşə, müzakirələrə qoşula bilərlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031