Elm və Təhsil Nazirliyi süni intellekt və kibertəhlükəsizlik üzrə qrant müsabiqəsi elan edib
Elm və Təhsil Nazirliyi süni intellekt və kibertəhlükəsizlik sahələrinin inkişafını sürətləndirmək məqsədilə qrant müsabiqəsi elan edib.
Azturkxeber.az-ın məlumatına görə, müsabiqədə Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən elmi müəssisələrdə çalışan alimlər, tədqiqatçılar və mütəxəssislər iştirak edə bilərlər.
Müsabiqəyə qatılmaq istəyən şəxslər tələb olunan sənədləri 20 oktyabr 2026-cı il tarixindən etibarən elektron platforma vasitəsilə təqdim etməlidirlər.
Müraciətin qəbul edilməsi təsdiqləndikdən sonra sənədlərin çap olunmuş nüsxələri ən geci 2 noyabr 2026-cı il tarixinədək Elm və Təhsil Nazirliyinə təqdim olunmalıdır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
