azturkxeber.az
http://azturkxeber.az

Xocavənd və Ağdərə sakinlərinin doğma yurda qayıdışı davam edir

23-10-2026

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

Azturkxeber.az xəbər verir ki, Xocavənd şəhərinə, rayonun Quzeyxırman və Xocavənd kəndlərinə, Hadrut qəsəbəsinə, həmçinin Ağdərə rayonunun Heyvalı kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə Xocavənd şəhərinə 24 ailə - 86 nəfər, Quzeyxırman kəndinə 11 ailə - 53 nəfər, Xocavənd kəndinə 3 ailə - 11 nəfər, Hadrut qəsəbəsinə 2 ailə - 6 nəfər, Ağdərə rayonunun Heyvalı kəndinə 2 ailə - 7 nəfər köçürülüb. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin, torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031