azturkxeber.az
http://azturkxeber.az

Veteran prokurorluq işçisi təbrik edilib

22-10-2026

Azərbaycan Prokurorluğunun veteranı Bəylərov Adil Cabbar oğlunun 70 illik yubileyinin tamam olması ilə əlaqədar Baş prokuror Kamran Əliyevin adından təbrik məktubu təqdim edilib.

Azturkxeber.az-ın məlumatına görə, görüş zamanı veteran prokuror xatirələrini bölüşərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən göstərilən qayğı nəticəsində prokurorluq orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, prokurorluq işçilərinin və onun veteranlarının maddi və sosial rifahının yüksəlməsini qeyd edib.

Adil Bəylərov 1979-cu ildə prokurorluq orqanlarında qulluğa qəbul olub, əvvəllər Bakı şəhəri Nərimanov rayon prokurorluğunun müstəntiqi, Azərbaycan Respublikası Nəqliyyat Prokurorluğunun İstintaq şöbəsinin İstintaq hissəsinin xüsusilə mühüm işlər üzrə müstəntiqi, Azərbaycan Respublikası Nəqliyyat Prokurorluğunun İstintaq şöbəsinin prokuroru, Azərbaycan Respublikası Nəqliyyat Prokurorluğunun Ümumi nəzarət şöbəsinin böyük prokuroru, Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin prokuroru, Azərbaycan Respublikası Baş prokurorunun köməkçisi, Baş Prokurorluğun Ədliyyə, gömrük və vergi orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini, Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsinin böyük prokuroru və digər vəzifələrdə işləyib.

Söhbət zamanı dövlətçilik maraqlarının keşiyində hər zaman mətinliklə duran, şərəfli inkişaf yolu keçmiş, prokurorluğun adını daim uca tutan veteranlarımızın ömür yolunun gənc nəsil prokurorluq işçiləri üçün örnək olması vurğulanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031