azturkxeber.az
http://azturkxeber.az

Bakıda “Rəqəmsal dövrdə ailə” mövzusunda I Ailə Forumu keçirilib

21-10-2026

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Rəqəmsal dövrdə ailə: transformasiyanın yeni sərhədləri” mövzusunda I Ailə Forumu keçirilib.

Azturkxeber.az-ın məlumatına görə, oktyabrın 21-də baş tutan forumun əsas məqsədi gənc ailələrin müasir sosial və rəqəmsal dəyişikliklər fonunda üzləşdiyi yeni çağırışları dövlət qurumlarının, ekspertlərin və ailələrin iştirakı ilə müzakirə etmək olub.

Tədbirdə ailə siyasətində ailənin yalnız dəstək alan tərəf kimi deyil, həm də qərarların qəbulunda və həll yollarının müəyyənləşdirilməsində fəal tərəfdaş kimi çıxış etməsinin təşviqi diqqət mərkəzində olub.

Forumun rəsmi açılışı Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Azərbaycan Dövlət Pantomim Teatrının aktyorları tərəfindən rəqəmsal dövrdə insan münasibətlərinin və ailə dəyərlərinin qorunması mövzusuna həsr olunan bədii kompozisiya təqdim edilib.

Forumun proqramı altı istiqamət üzrə panel müzakirələri ilə davam edib. Müzakirələr zamanı ailələrin müasir dövrdə qarşılaşdığı məsələlərin və rəqəmsal transformasiyanın ailə münasibətlərinə təsirinin müzakirəsi üçün platforma yaradılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031