azturkxeber.az
http://azturkxeber.az

Ali Məclisin növbəti plenar iclası keçirilib

22-10-2026

Oktyabrın 22-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədovun sədrliyi ilə yeddinci çağırış Ali Məclisin 2026-cı il payız sessiyasının növbəti iclası keçirilib.

Bu barədə Azturkxeber.az-a Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən məlumat verilib.

Ali Məclis sədrinin birinci müavini iclasın gündəliyinə 4 məsələnin daxil edildiyini bildirib.

Gündəlik qəbul olunduqdan sonra Hüquq siyasəti komitəsinin sədri Əjdər Əliyev tərəfindən “Naxçıvan Muxtar Respublikasının 2023-cü il 1 avqust tarixli 26-VI QN nömrəli Qanunu ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin komitələri haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə”, “Normativ hüquqi aktlar haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Naxçıvan Muxtar Respublikasının 2026-cı il 14 iyul tarixli 25-VII QN nömrəli Qanununda dəyişiklik edilməsi haqqında” Naxçıvan Muxtar Respublikasının qanun layihələri ilə bağlı məlumat verilib.

Sessiyada deputat Mövlan Məmmədov çıxış edib, qanun layihələri səsə qoyularaq birinci oxunuşda qəbul olunub.

Daha sonra gündəlikdə duran sonuncu məsələ - Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Hüquq siyasəti komitəsi üzvünün seçilməsi barədə Ali Məclis sədrinin birinci müavini bildirib ki, Hüquq siyasəti komitəsinin hazırki say tərkibi 9 deputat olduğu üçün komitənin formalaşdırılması məqsədilə yeni üzvün seçilməsi zərurəti yaranıb.

Bununla əlaqədar olaraq Bəxtiyar Məmmədov deputat Vüsal Əziz oğlu Məmmədzadəni Ali Məclisin Hüquq siyasəti komitəsinə üzv seçilməsi barədə təklif irəli sürüb.

Məsələ ilə bağlı qərar səsə qoyularaq qəbul edilib.

Bununla da Ali Məclisin iclası başa çatıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031