azturkxeber.az
http://azturkxeber.az

Şahmat üzrə klublararası Avropa Kubokunda 5-ci tur başa çatıb

22-10-2026

Monteneqronun Budva şəhərində keçirilən şahmat üzrə klublararası Avropa Kubokunda 5-ci tur başa çatıb.

Bu barədə Azturkxeber.az-a Azərbaycan Şahmat Federasiyasından məlumat verilib.

Kişi şahmatçıların yarışında təmsilçimiz “Vüqar Həşimov” komandası 5-ci turda Slovakiyanın “Slaviya” klubuna 2,5:3,5 hesabı ilə uduzub. Hazırda “Vüqar Həşimov” klubunun aktivində 6 xal və 22-ci pillədə qərarlaşıb.

Qadın şahmatçıların yarışında çıxış edən “Odlar Yurdu” Serbiyanın “Srvena Zvezda” klubunu 3:1 hesabı ilə məğlub edib. 5 turdan sonra hesabında 8 xalı olan “Odlar Yurdu” turnir cədvəlində 2-3-cü yerləri bölüşür.

“Vüqar Həşimov” klubunda Rauf Məmmədov, Aydın Süleymanlı, Şiroğlan Talıbov, Read Səmədov, Xəzər Babazadə, Vüqar Manafov və Kənan Qarayev, “Odlar Yurdu”nun heyətində isə Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Günay Məmmədzadə, Xanım Balacayeva və Gülnar Məmmədova mübarizə aparır.

Qeyd edək ki, 4-cü turda “Vüqar Həşimov” klubunun heyətində yarışan Aydın Süleymanlı özbəkistanlı şahmat ulduzu Nodirbek Abdusattarovu məğlub etməklə diqqətə səbəb olub.

Bu gün Avropa Kubokunda 6-cı turun partiyaları oynanılacaq. “Vüqar Həşimov” Almaniyanın “FC St.Pauli 1910”, “Odlar Yurdu” isə Lüksemburqun “Gambit Bonnevoie” klubuyla mübarizə aparacaq.

Avropa Kubokuna oktyabrın 23-də yekun vurulacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031