Qarlı zirvələrdə yeni idman tarixi yazılacaq!

“Snow Polo World Cup Azerbaijan-2027” Azərbaycan ilk dəfə Qarüstü Polo üzrə Dünya Kubokuna ev sahibliyi edəcək. 19-21 fevral tarixində, Şahdağın qarlı meydanı beynəlxalq polo həyəcanına səhnə olacaq.
Azturkxeber.az xəbər verir ki, 4 ölkənin komandaları kubok uğrunda mübarizə aparacaq. İsveçrədən “Evviva Polo Club” St. Moritz, Avstriyadan “Kitzbühel Polo Club”, ABŞ-dan “Aspen Polo Club” və Azərbaycanı təmsil edən “Land of Fire”. 3 gün ərzində sürət, dəqiqlik və komanda ruhu ön planda olacaq.
Atların gücü, oyunçuların ustalığı və qar üzərində gərgin mübarizə tamaşaçılara unudulmaz anlar yaşadacaq. Hər oyun Şahdağın qış mənzərəsi fonunda əsl idman şousuna çevriləcək.
Meydandakı sürətli hücumlar və ani, gözlənilməz dönüşlər oyunun hər saniyəsini maraqlı edəcək. Şahdağda idmanın həyəcanı və lüks istirahət bir araya gəlir. 19-21 fevral, 2027-ci il, Şahdağ. Bu unikal təcrübəni canlı yaşayın. Biletlərinizi iticket.az saytından əldə edin.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: