azturkxeber.az
http://azturkxeber.az

Daşkəsən rayonunun Mollahəsənli kəndinin köçürülməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirilib

23-10-2026

22 oktyabr 2026-cı il tarixində bir sıra yerli media resurslarında Daşkəsən rayonunun Mollahəsənli kəndinin köçürülməsi prosesinə başlanılması ilə bağlı məlumatlar yayılıb.

Azturkxeber.az xəbər verir ki, bu barədə “Daşkəsən Dəmir Filiz” MMC-nin açıqlamasında bildirib.

Məsələ ilə əlaqədar “AzerGold” QSC-nin törəmə şirkəti “Daşkəsən Dəmir Filiz” MMC-dən bildirilib ki, hazırda Mollahəsənli kəndinin köçürülməsi istiqamətində hər hansı aktiv icra prosesi həyata keçirilmir.

Qeyd edək ki, Daşkəsən dəmir filizi layihəsi çərçivəsində bir ildən artıqdır texniki-iqtisadi əsaslandırma (TİƏ) işləri aparılır. Bu işlər layihə infrastrukturunun mümkün yerləşmə ərazilərinin müəyyənləşdirilməsi məqsədilə alternativ sahələrin texniki, iqtisadi və ekoloji baxımdan araşdırılmasını əhatə edir.

Araşdırmalar çərçivəsində ərazilərin mövcud vəziyyətinin qiymətləndirilməsi, o cümlədən əmlak, yaşayış evləri və əhalinin sayı ilə bağlı ilkin məlumatların toplanması və təhlili nəzərdə tutulur. Bu məqsədlə, növbəti həftə mütəxəssislərin müvafiq icra hakimiyyəti nümayəndəsinin iştirakı ilə əraziyə səfəri planlaşdırılır.

Hazırda layihə infrastrukturunun yerləşdirilməsi üzrə müxtəlif alternativlər araşdırılır. Mollahəsənli kəndi ərazisində aparılması nəzərdə tutulan qiymətləndirmə də məhz bu tədqiqatların tərkib hissəsidir və özlüyündə kəndin köçürülməsi ilə bağlı qərarın qəbul edildiyi və ya icra prosesinə başlanıldığı anlamına gəlmir.

İnfrastruktur obyektlərinin yekun yerləşmə yerləri aparılacaq tədqiqatların nəticələri əsasında müəyyənləşdiriləcək və müvafiq dövlət qurumları ilə birgə nəzərdən keçiriləcək.

İctimaiyyətə təqdim olunan məlumatların düzgün anlaşılması üçün qeyd edirik ki, hazırda söhbət layihənin texniki-iqtisadi əsaslandırılması çərçivəsində aparılan ilkin qiymətləndirmə və araşdırmalardan gedir, nəticələri barədə ictimaiyyətə məlumat veriləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031