azturkxeber.az
http://azturkxeber.az

“Azəriqaz” İB-nin baş direktoru Ağcabədi rayonunda vətəndaş qəbulu keçirib

23-10-2026


SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Azər Məmmədov Ağcabədi rayonunda vətəndaş qəbulu keçirib.

Azturkxeber.az xəbər verir ki, birlik rəhbəri Ağcabədi, Zərdab və ətraf rayonlardan qəbula gələn vətəndaşların müraciətlərini dinləyib.

Müraciətlər əsasən yaşayış məntəqələrinin, fərdi yaşayış evlərinin və sahibkarlıq obyektlərinin qazlaşdırılması, debitor borcun ödənilməsində köməkliyin göstərilməsi, işə qəbul, iş yerinin dəyişdirilməsi ilə bağlı olub.

Baş direktor hər bir müraciətlə bağlı ətraflı məlumat verib.

Bir sıra məsələlərin isə yerində baxılması və araşdırılması üçün Tərtər Regional Qaz İstismarı İdarəsinin rəhbərliyinə müvafiq tapşırıqlar verilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031