azturkxeber.az
http://azturkxeber.az

"Azəriqaz" İB-nin baş direktoru Cəbrayıl rayonunda vətəndaşların müraciətlərini dinləyib

12-06-2026

SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Azər Məmmədovun vətəndaşlarla növbəti görüşü Cəbrayıl rayonunda baş tutub. Birlik rəhbəri Cəbrayıl sakinlərilə yanaşı, Beyləqan və Ağcabədi rayonlarından qəbula gələn vətəndaşların da qaz təchizatı ilə bağlı müraciət və şikayətlərini dinləyib.

Azturkxeber.az xəbər verir ki, vətəndaşların müraciətləri əsasən işə qəbul, debitor borcun ödənilməsində köməkliyin göstərilməsi və təbii qaza tətbiq edilən limitlərlə bağlı olub.

Baş direktor hər bir müraciətlə bağlı ətraflı məlumat verib.

Bir sıra məsələlərin isə yerində baxılması və araşdırılması üçün Qarabağ Regional Qaz İstismarı İdarəsinin rəhbərliyinə müvafiq tapşırıqlar verilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2026    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930