azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan Hava Yolları “Sərfəli Cümə” kampaniyası elan edir

25-11-2026

25 noyabr 2026-cı il, Bakı — Azərbaycan Hava Yolları “Sərfəli Cümə” kampaniyasını elan edir. 25–30 noyabr 2026-cı il tarixlərində sərnişinlər seçilmiş beynəlxalq istiqamətlər üzrə ekonom və biznes siniflərində aviabiletləri 25%-dək endirimlə əldə edə biləcəklər.

Bu barədə Azturkxeber.az-a “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən məlumat verilib.

Həmçinin “AZAL Miles” müştəriləri mobil tətbiq üzərindən millərlə bilet aldıqda “BLUEFRIDAY” promokodu ilə 35%-dək endirim qazana bilərlər.

Dekabrda bayram ab-havasını başqa bir şəhərdə yaşamaq, qış mövzsümündə yaxınları ziyarət etmək və və ya yazın ilk səyahətini planlaşdırmaq istəyən sərnişinlər bu fürsətdən yararlana bilərlər.

Kampaniya aşağıdakı uçuş tarixlərini əhatə edir:

1–20 dekabr 2026-cı il

10 yanvar – 28 fevral 2027-ci il

1–30 aprel 2027-ci il

Endirim faizi uçuş istiqamətindən və seçilmiş tarifdən asılı olaraq dəyişir. Endirim yalnız aviabiletin tarif hissəsinə tətbiq olunur. Vergilər və digər yığımlar endirimə daxil deyil. Endirimli aviabiletlərin sayı məhduddur. Kampaniya kodşerinq, çarter və ölkədaxili reyslərə şamil olunmur.

Aviabiletləri azal.az saytından, Azərbaycan Hava Yollarının mobil tətbiqindən, həmçinin bilet kassalarından və akkreditə olunmuş agentliklərdən əldə etmək mümkündür.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30