azturkxeber.az
http://azturkxeber.az

“ASAN xidmət” təcrübəsi Qazaxıstanla əməkdaşlıq müstəvisində

24-11-2026

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Qazaxıstan Respublikasının müxtəlif vilayətlərini və qurumlarını təmsil edən nümayəndələrə Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” və dövlət xidmətlərində sosial innovasiyaların tətbiqi istiqamətində həyata keçirilən layihələr barədə ətraflı təqdimat edilib.

Azturkxeber.az xəbər verir ki, təqdimat zamanı Dövlət Agentliyinin 2015-ci ildə BMT-nin Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına və 2023-cü ildə “Qlobal Hökumət Mükəmməlliyi Mükafatı” proqramı çərçivəsində “Dünyanın ən qabaqcıl dövlət xidməti” nominasiyası üzrə xüsusi mükafata layiq görülməsi, o cümlədən “ASAN xidmət” modelinin müxtəlif ölkələrdə uğurla tətbiq olunduğu diqqətə çatdırılıb.

Akademiyanın dəvəti əsasında ölkəmizə səfər edən qonaqlar “ASAN xidmət” mərkəzinin, “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin və “ABAD” publik şəxsin fəaliyyəti ilə də tanış olublar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30