azturkxeber.az
http://azturkxeber.az

Su təchizatı xidmətinin müvəqqəti dayandırılması və bərpasına dair müraciət qaydası - Surdotərcümə

23-11-2026

Su təchizatı və kanalizasiya xidmətlərinin dayandırılması üçün abonent yazılı ərizə, elektron müraciət, qaynar xətt və digər mövcud əlaqə vasitələri ilə sukanal idarəsinə müraciət edə bilər.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) Azturkxeber.az-a bildirilib ki, daxil olmuş müraciətlərə “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə uyğun olaraq baxılır və müvafiq tədbirlər həyata keçirilir.

Müraciət edən abonentin su təchizatı və kanalizasiya xidmətlərinə görə borcu araşdırılır. Xidmətlərin dayandırılması nəzərdə tutulan ünvanda digər istehlakçıların yaşayıb-yaşamadığı müəyyənləşdirilir.

Araşdırmanın nəticəsinə əsasən xidmət müvəqqəti dayandırılır.

Xidmətin aktivləşdirilməsi də abonentin ərizəsi əsasında həyata keçirilir.

Proses 5 iş günü ərzində həyata keçirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30