Paşinyan: TRIPP layihəsinə sabah rəsmi start veriləcək
Ermənistanın Baş naziri Nikol Paşinyan TRIPP layihəsinin noyabrın 22-də rəsmi olaraq işə salınacağını açıqlayıb.
Azturkxeber.az xəbər verir ki, Paşinyanın sözlərinə görə, layihənin əsas istiqamətlərindən biri elektrik enerjisinin tranziti olacaq. Bu çərçivədə Ermənistanın enerji şəbəkələrinin Azərbaycan və Türkiyənin enerji sistemləri ilə birləşdirilməsi nəzərdə tutulur.
Ermənistanın baş naziri bu barədə İrəvanda keçirilən yüksək texnologiyalar üzrə DigiTec forumunda NVIDIA şirkətinin vitse-prezidenti Rev Lebaredyanla müzakirə zamanı məlumat verib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
