azturkxeber.az
http://azturkxeber.az

Qazaxda V İdman Festivalinin təntənəli açılış mərasimi keçirilib

20-11-2026

Noyabrın 20-də “İdman Paytaxtı” Qazax şəhərində V İdman Festivalının açılış mərasimi keçirilib.

 Azturkxeber.az-ın məlumatına görə, əvvəlcə Heydər Əliyev parkında Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub.

Açılış mərasimində Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, gənclər və idman naziri Fərid Qayıbov, Milli Məclisin deputatı Səməd Seyidov və Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti Firdovsi Umudov çıxış ediblər.

2026-cı ilin “İdman səfirləri” Vəfa Musayeva, Aynur Yusufova və Elçin Əsədov festival iştirakçılarına uğurlar arzulayıblar.

Tədbir musiqili proqramla davam edib. Orxan Zeynallı və Nərgiz Məcidlinin ifaları tədbirə xüsusi rəng qatıb.

Festivalda müxtəlif idman növləri üzrə idmançıların nümunəvi çıxışları nümayiş etdirilib.

Qeyd edək ki, festival noyabrın 22-də başa çatacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30