azturkxeber.az
http://azturkxeber.az

“Uşaq Hüquqları Aylığı” çərçivəsində “Neftçi” Peşəkar Futbol Klubunun aşağı yaş qruplarından olan futbolçuları üçün maarifləndirici tədbir keçirilib

20-11-2026

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva tərəfindən elan olunmuş “Uşaq Hüquqları Aylığı” çərçivəsində “Neftçi” Peşəkar Futbol Klubunun aşağı yaş qruplarından olan futbolçuları üçün maarifləndirici tədbir keçirilib.

Azturkxeber.az xəbər verir ki, Ombudsman Aparatının Uşaq hüquqlarının müdafiəsi sektorunun böyük məsləhətçisi Azər İsalı təlimçi qismində çıxış edərək uşaqların hüquq və vəzifələri, idman mühitində uşaq hüquqlarının qorunması, uşaqlar arasında zorakılıq hallarının qarşısının alınması, təhlükəsiz və sağlam idman mühitinin formalaşdırılması, habelə məşqçi-uşaq münasibətlərində etik davranış qaydaları istiqamətində məlumat verib. Ombudsmanın uşaq hüquqlarının müdafiəsi sahəsində rolu, bu istiqamətdə görülən işlər, Müvəkkilə müraciət imkanları barədə məlumat iştirakçıların diqqətinə çatdırılıb.

Sonda uşaqların mövzu ilə bağlı fikirləri dinlənilib, onların sualları cavablandırılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30