azturkxeber.az
http://azturkxeber.az

MDB PA-nın Şura və 61-ci plenar iclasında iştirak edən parlament sədrləri Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovla görüşüblər

20-11-2026



MDB Parlamentlərarası Assambleyasının Şura və 61-ci plenar iclasında iştirak edən parlament sədrləri Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovla görüşüblər.

Bu barədə Azturkxeber.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, görüşdə Milli Məclisin sədri Sahibə Qafarova da iştirak edib.

Görüş zamanı beynəlxalq parlament təşkilatlarının üzv ölkələr arasında əməkdaşlığın daha da dərinləşdirilməsi, o cümlədən qanunvericilik sahəsində əlaqələrin genişləndirilməsi baxımından mühüm əhəmiyyəti qeyd olunub.

Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov MDB Parlamentlərarası Assambleyasının müsbət fəaliyyətini qeyd edib.

Həmçinin MDB Parlamentlərarası Assambleyasının uzun illərdir dövlətlərarası qarşılıqlı fəaliyyət üçün möhkəm qanunvericilik bazasının formalaşdırılması istiqamətində səmərəli iş apardığı vurğulanıb.

Qurbanqulu Berdiməhəmmədov parlament sədrlərinə Türkmənistanın təşkilata üzv dövlətlərlə uzun illər ərzində formalaşmış mütərəqqi münasibətlərini və həyata keçirilən birgə layihələri diqqətə çatdıraraq, bundan sonra da bu istiqamətdə fəaliyyətini davam etdirmək niyyətində olduğunu vurğulayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30