azturkxeber.az
http://azturkxeber.az

“Eternity-2026” təlimi uğurla davam edir

19-11-2026

Ölkəmizdə keçirilən “Eternity-2026” kompüter dəstəkli birgə komanda-qərargah təlimi uğurla davam edir.

Bu barədə Azturkxeber.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, ssenariyə uyğun olaraq, Azərbaycan, Türkiyə və Gürcüstan nümayəndələrindən ibarət birgə qərargahda bölgədən keçən strateji iqtisadi layihələrin və regional enerji-kommunikasiya xətlərinin mühafizəsi üzrə əməliyyatlar planlaşdırılır.

Müasir kompüter simulyasiya sistemləri vasitəsilə mümkün təhdidlər təhlil olunur, böhran vəziyyətlərində qərarlar qəbul edilir, eləcə də qoşun növləri və aidiyyəti dövlət qurumları arasında qarşılıqlı fəaliyyət təşkil olunur.

Təlim poliqonunda isə iştirakçılar əməliyyat rayonunun təcrid olunması, PUA-larla nəzarət, eləcə də partlayıcı qurğuların və naməlum dronların zərərsizləşdirilməsi üzrə fəaliyyətləri yerinə yetirirlər.

Bundan əlavə, hərbi bazaya basqının dəf edilməsi, dəmir yolu xətlərinin və neft-qaz infrastrukturunun təxribatlardan qorunması, yanğınların söndürülməsi və yaralıların təxliyəsi tapşırıqları uğurla icra olunur.

Qeyd edək ki, təlim iştirakçılar arasında birgə planlaşdırma və idarəetmə vərdişlərini təkmilləşdirmək məqsədi daşıyır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30