azturkxeber.az
http://azturkxeber.az

Soltanlı və Cahangirbəyli kəndlərinə Böyük Qayıdış davam edir

19-11-2026

Noyabrın 19-da doğma yurdlarına yola salınan köç karvanları Cəbrayıl rayonunun Soltanlı və Zəngilan rayonunun Cahangirbəyli kəndlərinə çatıb.

Azturkxeber.az xəbər verir ki, bu mərhələdə Soltanlı kəndinə köç edən 80 nəfərdən ibarət 16 ailəyə, Cahangirbəyli kəndinə qayıdan isə 75 nəfərdən ibarət 19 ailəyə mənzillərinin açarları təqdim edilib.

Açarların təqdim edilməsi mərasimlərində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30