azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan və Xüsusi Olimpiya təşkilatı arasında əməkdaşlıq müzakirə olunub

19-11-2026

Gənclər və idman naziri Fərid Qayıbov Sven Albertlə Xüsusi Olimpiya hərəkatının inkişafını müzakirə edib.

Bu barədə Azturkxeber.az-a Gənclər və İdman Nazirliyindən məlumat verilib.

Nazir Bakıda keçirilən Xüsusi Olimpiya Avropa Badminton Turniri ilə əlaqədar ölkəmizdə səfərdə olan Xüsusi Olimpiya Avropa-Avrasiya (SOEE) regionunun Regional Prezidenti və İdarəedici direktoru Sven Albert və rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüş zamanı Azərbaycanda inklüziv idmanın və Xüsusi Olimpiya hərəkatının inkişafı, Bakıda keçirilən Xüsusi Olimpiya Avropa Badminton Turnirinin təşkili və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.

Görüşdə Xüsusi Olimpiya Komitəsinin sədri Vüqar Behbudov, milli direktoru Rövşən Məmmədov, Beynəlxalq Xüsusi Olimpiya təşkilatının idman və yarışlar üzrə baş direktoru Lou Lauria, Xüsusi Olimpiya Avropa-Avrasiya Regional Ofisinin Təşkilati inkişaf üzrə baş direktoru Kşiştof Krukovski iştirak ediblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30