azturkxeber.az
http://azturkxeber.az

2026-cı ilin “İdman Paytaxtı” Qazax şəhərində İdman Festivalı keçirilir

20-11-2026

Festivalda 13-15 yaşlı uşaqlardan ibarət idmançılar atletika, ağırlıqqaldırma, atıcılıq, badminton, basketbol, boks, cüdo, futbol, gimnastika, həndbol, alpinizm, qılıncoynatma, qış idman növləri, kamandan oxatma, reqbi, stolüstü tennis, su idman növləri, taekvondo, güləş, tennis, triatlon, velosiped, voleybol və üzgüçülük idman növləri üzrə təmsil olunurlar.

Azturkxeber.az xəbər verir ki, festival çərçivəsində ilkin tibbi yardım, hərbi-vətənpərvərlik, vokal, maketləşdirmə, xilasetmə, konstitusiya, skautinq, AMADA və süni intellekt (AI) mövzularında təlimlər keçirilir. Bununla yanaşı, iştirakçılar arasında kamandan oxatma yarışı da təşkil olunub.

Noyabrın 19-da gənclər və idman naziri Fərid Qayıbov tonqal ətrafında festival iştirakçıları ilə görüşüb, onlarla söhbət edib və suallarını cavablandırıb.

Səmimi şəraitdə keçən görüşdə müxtəlif idman növlərini təmsil edən iştirakçılar festivalla bağlı təəssüratlarını bölüşüblər.

Sonda Fərid Qayıbov idmançılara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Qeyd edək ki, festivala noyabrın 22-də yekun vurulacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30