azturkxeber.az
http://azturkxeber.az

Lənkəranda fermer təsərrüfatlarında görülən işlərlə tanışlıq olub

20-11-2026

Lənkəranda “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində həyata keçirilən tədbirlərin vəziyyəti ilə yerində tanışlıq olub.

Bu barədə Azturkxeber.az-a Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki,.Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Dəyanət Abdullayev, Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi, Lənkəran Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi və Lənkəran Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru rayonun iri fermer təsərrüfatlarına baş çəkiblər.

Səfər zamanı kənd təsərrüfatı məhsullarının istehsalı və emalı ilə məşğul olan müəssisələrdə görülən işlərə baxılıb. Əsas məqsəd zona müşavirəsində irəli sürülən təşəbbüslərin icra vəziyyətini yoxlamaq, Dövlət Proqramı çərçivəsində həyata keçirilən tədbirlərlə tanış olmaq və mövcud vəziyyəti yerində qiymətləndirmək olub.

Baxış zamanı Lənkəranın ənənəvi aqrar sahələri olan çəltikçilik, çayçılıq, sitrusçuluq və heyvandarlıq üzrə ixtisaslaşmış təsərrüfatların, eləcə də kənd təsərrüfatı məhsullarının emalı müəssisələrinin fəaliyyəti nəzərdən keçirilib.

Qeyd olunub ki, son illərdə rayonda çay plantasiyalarının və sitrus bağlarının sahəsi genişləndirilib, yerli çəltik sortlarının məhsuldarlığının artırılması məqsədilə müasir suvarma sistemlərinin tətbiqinə başlanılıb. Aqrar sektorun inkişafı, istehsal və emal imkanlarının genişləndirilməsi, idxalın əvəzlənməsi və ixrac potensialının artırılması istiqamətində işlər davam etdirilir.

Görüş zamanı fermer və sahibkarların qarşılaşdıqları problemlər və qayğılar dinlənilib. Qaldırılan məsələlərin operativ həlli, eləcə də kənd təsərrüfatı istehsalçılarına zəruri dəstəyin göstərilməsi istiqamətində müvafiq addımların atılacağı bildirilib.

Dövlət başçısının aqrar sahəyə göstərdiyi diqqət və qayğıya görə minnətdarlıqlarını bildirən fermer və sahibkarlar yaradılan şəraiti yüksək qiymətləndirib, Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinə dəstək verməyə hazır olduqlarını vurğulayıblar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30