azturkxeber.az
http://azturkxeber.az

SəbinəƏliyeva: Heydər Əliyev Fondunun təşəbbüsləri uşaq hüquqlarının qorunmasına mühüm töhfə verir

20-11-2026

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Heydər Əliyev Fondunun uşaqların, xüsusilə də çətin həyat şəraitində yaşayan uşaqların hüquqlarının qorunması istiqamətində həyata keçirdiyi təşəbbüslərin əhəmiyyətini vurğulayıb.

 Azturkxeber.az-ın məlumatına görə, bu barədə Ombudsman Səbinə Əliyevanın “Azərbaycan” qəzetində dərc olunan məqaləsində bildirilib.

Məqalədə qeyd olunub ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın uşaqlara daim xüsusi diqqət göstərməsi, uşaq müəssisələrinə mütəmadi səfərlər edərək onların qayğıları ilə yaxından maraqlanması, həssas qruplara aid uşaqlar üçün müxtəlif tədbirlərin təşkili və zəruri dəstəyin göstərilməsi mühüm əhəmiyyət daşıyır.

Bildirilib ki, bu təşəbbüslər cəmiyyətdə humanizm ideyalarının təşviqinə xidmət etməklə yanaşı, uşaq hüquqlarının təmin olunmasına, onların sosial müdafiəsinin gücləndirilməsinə və müxtəlif xidmətlərdən yararlanmasına da mühüm töhfə verir.

Məqalədə, həmçinin vurğulanıb ki, son illər Azərbaycanda uşaq hüquqları sahəsində hüquqi baza və institusional mexanizmlər müasir çağırışlara uyğun olaraq davamlı şəkildə təkmilləşdirilir.

Bu istiqamətdə cari ildə yeni “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun, əlaqəli normativ-hüquqi aktların, eləcə də uşaqların sosial şəbəkələrdən istifadəsinə dair qanunvericilik aktlarının qəbul edilməsi ictimai münasibətlərin yeni tələblərə uyğun tənzimlənməsinə xidmət edir.

Qeyd olunub ki, qəbul edilən qanunvericilik aktları ölkədə uşaqların müdafiəsi sisteminin təkmilləşdirilməsi və uşaq hüquqlarının daha səmərəli təmin olunması baxımından xüsusi əhəmiyyətə malikdir.


Sahilə Bayramlı 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30