azturkxeber.az
http://azturkxeber.az

AAF-ın prezidenti Kamran Nəbizadə Çexiyadan gələn həmkarını qəbul edib

18-07-2025

Azərbaycan Ağırlıqqaldırma Federasiyasının prezidenti Kamran Nəbizadə, Avropa Ağırlıqqaldırma Federasiyasının İcraiyyə Komitəsinin üzvü, Çexiya Ağırlıqqaldırma Federasiyasının prezidenti Duşan Kovaçı qəbul edib. Görüşdə həmçinin Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının “Məsləhət qrupu”nun üzvü və AAF-ın vitse-prezidenti Firdovsi Umudov da iştirak edib. Söhbət zamanı iki ölkənin federasiyaları arasındakı əlaqələrin inkişaf perspektivləri müzakirə edilib. Gələcəkdə Azərbaycan və Çexiya atletlərinin iştirakı ilə birgə təlim-məşq toplanışlarının və seminarların təşkili ətrafında fikir mübadiləsi aparılıb.

Görüşün sonunda AAF-ın prezidenti Kamran Nəbizadə qonaq həmkarına federasiya adından xüsusi hədiyyə təqdim edib. Duşan Kovaç da öz növbəsində Kamran Nəbizadəyə Çexiya Ağırlıqqaldırma Federasiyasının xatirə medalını verib.

Daha sonra çexiyalı qonaq AAF-ın vitse-prezidenti Firdovsi Umudovla birgə yığma komandamızın təlim-məşq bazası ilə tanış olub. Duşan Kovaç gənc və yeniyetmə atletlərin hazırlıq prosesini izləyib. Atletlərimizə yaradılan şəraitin yüksək səviyyədə olduğuna diqqət çəkən qonaq, nəticələrin qazanılmasında bu məqamın vacibliyini vurğulayıb. Sonda Duşan Kovaç və Firdovsi Umudov komanda üzvləri ilə xatirə fotosu çəkdirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031