azturkxeber.az
http://azturkxeber.az

Uşaqların hüquqlarının qorunmasına həsr olunmuş maarifləndirici tədbir keçirilib - FOTOLAR

21-11-2026

20 noyabr 2026-cı il tarixində ARETN Canlı Sistemlərin Tədqiqi İnstitutunun (CSTİ) və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşəbbüsü ilə Libraff Park Akademiyada uşaqların hüquqlarının qorunmasına həsr olunmuş maarifləndirici tədbir keçirilib.

Azturkxeber.az xəbər verir ki, tədbirdə dövlət qurumlarının rəsmi nümayəndələri, CSTİ-nin əməkdaşları və uşaqlar iştirak ediblər.

Tədbir çərçivəsində çıxış edən CSTİ-nin əməkdaşı Gülnarə Hüseynova uşaqların hüquqlarının müdafiəsinin əhəmiyyətindən geniş bəhs edib. O, uşaqların gələcək təhsil və fəaliyyətlərində uğur qazanmaları üçün mütaliənin mühüm rolunu vurğulayaraq, onları kiçik yaşlarından kitab oxumağa, mütaliə vərdişlərini inkişaf etdirməyə çağırıb.

Daha sonra Dövlət Komitəsinin Analitik təhlil və informasiya təminatı şöbəsinin müdiri Elgün Səfərov uşaqların hüquqlarının qorunması, onların maarifləndirilməsi, eləcə də bu kimi görüşlərin və nağıl saatlarının təşkilinin əhəmiyyəti barədə ətraflı məlumat verib.

Tədbirin fəxri qonağı, Azərbaycanın Əməkdar mədəniyyət işçisi, animasiya rejissoru və Prezident təqaüdçüsü Elçin Hami Axundov yeni nəşr olunmuş nağıl kitabını uşaqlara təqdim edib. Görüş zamanı uşaqlar müəllifin ifasında nağılı dinləyib, daha sonra animasiya filmini izləyiblər.

İnteraktiv formatda davam edən tədbirdə uşaqlar üçün maraqlı viktorina təşkil olunub. Viktorinanın qaliblərinə, eləcə də bütün iştirakçılara CSTİ HİT-nin sədri Gülnarə Aslanova tərəfindən kitablar hədiyyə edilib.

Səmimi və xoş atmosferdə keçən tədbir uşaqların böyük sevincinə səbəb olub, onların dünyagörüşünün genişlənməsinə, kitaba və mütaliəyə maraqlarının artırılmasına töhfə verib.

Tədbirin sonunda iştirakçılar xatirə şəkilləri çəkdiriblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30