Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova İstanbulda VII Beynəlxalq Qadın və Ədalət Zirvəsində iştirak edir


Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova və rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyənin İstanbul şəhərində səfərdədir.
Azturkxeber.az xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyəti 21–22 noyabr 2026-cı il tarixlərində Qadın və Demokratiya Dərnəyinin (KADEM) Türkiyə Respublikasının Ailə və Sosial Xidmətlər Nazirliyi ilə əməkdaşlıq çərçivəsində təşkil etdiyi VII Beynəlxalq Qadın və Ədalət Zirvəsində iştirak edir.
“Qurulmuş gözəlliklər” mövzusuna həsr olunan Zirvədə müxtəlif ölkələrdən nazirlər və onların rəhbərlik etdiyi nümayəndə heyətləri təmsil olunur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: