Bahar Muradova Türkiyədə səfərdədir


Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova və rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyənin İstanbul şəhərində səfərdədir.
Azturkxeber.az xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyəti noyabrın 21–22-də Qadın və Demokratiya Dərnəyinin (KADEM) Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyi ilə əməkdaşlığı çərçivəsində təşkil etdiyi VII Beynəlxalq Qadın və Ədalət Zirvəsində iştirak edir.
“Qurulmuş gözəlliklər” mövzusuna həsr olunan beynəlxalq tədbirdə müxtəlif ölkələrin nazirləri və onların rəhbərlik etdiyi nümayəndə heyətləri təmsil olunur.
Zirvədə qadınların hüquq və imkanlarının genişləndirilməsi, onların cəmiyyətdə rolunun gücləndirilməsi, eləcə də müasir çağırışlar fonunda beynəlxalq əməkdaşlığın inkişafı ilə bağlı məsələlərin müzakirəsi nəzərdə tutulur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: