azturkxeber.az
http://azturkxeber.az

Peşəkar Çövkən Liqasının qalibi “Sərhədçi” komandası olub

21-11-2026

Noyabrın 21-də Binə Atçılıq Mərkəzində Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Peşəkar Çövkən Liqasının son turunun oyunları və mükafatlandırma mərasimi keçirilib.

 Azturkxeber.az xəbər verir ki, tədbirə Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin ailə üzvləri və övladları fəxri qonaq qismində dəvət olunublar.

Əvvəlcə Dövlət Sərhəd Xidmətinin Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin iştirakı ilə konsert proqramı təqdim edilib. Daha sonra liqanın son turunun qarşılaşmaları keçirilib.

Günün əsas görüşündə “Sərhədçi” və “Elite” komandaları üz-üzə gəlib. Gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşma “Elite” komandasının 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Liqanın yekun xal cədvəlinə əsasən, “Sərhədçi” komandası topladığı xalların üstünlüyü ilə çempion tituluna layiq görülüb. “Elite” komandası ikinci, “Polad” komandası isə üçüncü yeri tutub.

Oyunlardan sonra keçirilən mükafatlandırma mərasimində Azərbaycan Respublikası Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev liqanın oyunlarını idarə edən hakimlərə diplomlar təqdim edib.

Turnirin qalibləri və mükafatçıları qızıl, gümüş və bürünc medallarla təltif olunublar. Liqanın kuboku isə çempion “Sərhədçi” komandasının kapitanına təqdim edilib.

Tədbir qaliblər və mükafatçılarla xatirə fotosunun çəkdirilməsi ilə başa çatıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30