azturkxeber.az
http://azturkxeber.az

İlham Əliyev Gürcüstan Prezidentinə başsağlığı verib

21-11-2026

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tbilisi şəhərində yaşayış binasında baş vermiş partlayış nəticəsində insanların həlak olması və xəsarət alması ilə əlaqədar Gürcüstan Prezidenti Mixeil Kavelaşviliyə başsağlığı məktubu ünvanlayıb.

Azturkxeber.az xəbər verir ki, dövlət başçısının məktubunda deyilir:

“Hörmətli cənab Prezident,

Tbilisi şəhərində yaşayış binasında baş vermiş partlayış nəticəsində insanların həlak olması və xəsarət alması xəbəri bizi son dərəcə sarsıtdı.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Gürcüstan xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm”.

Qeyd edək ki, məktub 21 noyabr 2026-cı il tarixində Bakı şəhərində imzalanıb.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30