azturkxeber.az
http://azturkxeber.az

BDYPİ-nin həftəsonu səfərə hazırlaşan sürücülərə müraciəti

21-11-2026

Yollarda hərəkət intensivliyinin artması qəza riskinin yüksəlməsinə təsir göstərir. Hazırda mövsüm üçün xarakterik olan qeyri-sabit hava şəraiti fonunda bu ehtimal daha da çoxalır.

Bu barədə Azturkxeber.az-a BDYPİ-dən məlumat verilib.

Bildirilib ki, həftəsonları avtomobil yollarında nəqliyyat vasitələrinin sayının artması, bu mənada sürücülərdən xüsusilə məsuliyyətli olmağı tələb edir.

Təəssüf ki, bəzən sürücülərin yola çıxarkən zəruri təhlükəsizlik qaydalarına əməl etməməsi, hərəkət zamanı məsuliyyətsiz davranması həftəsonu ağırlıq dərəcəsi yüksək olan qəzalara səbəb olur.

Baş Dövlət Yol Polisi İdarəsi xüsusilə səfərə hazırlaşan sürücülərə müraciət edərək, onlara mənzil başına təhlükəsiz çatmaq üçün nasaz nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyi, yol və hava şəraitini nəzərə almağı, yorğun, yuxusuz halda sükan arxasına əyləşməməyi, sürət rejiminə, ötmə və manevretmə zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyi tövsiyə edir.

Bütün hərəkət iştiarkçılarına təhlükəsiz yol arzulayır və səfərlərinin xoş təəssüratlarla yadda qalması üçün qaydalara riayət etməyə çağırırıq!






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30