azturkxeber.az
http://azturkxeber.az

Baş Dövlət Yol Polisi İdarəsinin həftəsonu yollardakı vəziyyətlə bağlı müraciəti

04-10-2025

Müşahidələr göstərir ki, həftəsonu əhalinin bölgələrə, bağ massivlərinə, istirahət məkanlarına üz tutması avtomobil yollarında hərəkət intensivliyini artırır.

Bununla bağlı yerli və respublika əhəmiyyətli avtomobil yollarında təhlükəsizlik tədbirlər gücləndirilsə də, təəssüf ki, bəzən sürücülər tərəfindən yol hərəkəti qaydalarına riayət edilməməsi, tələskənliyə, diqqətsizliyə yol verilməsi səbəbindən həftəsonu ağırlıq dərəcəsi yüksək olan yol qəzalarının şahidi oluruq.

Baş Dövlət Yol Polisi İdarəsi xüsusilə səfərə hazırlaşan sürücülərə müraciət edərək onlara mənzil başına təhlükəsiz çatmaq üçün nasaz nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyi, sürət rejiminə, ötmə və manevretmə zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyi, yol və hava şəraitini nəzərə almağı, yorğun, yuxusuz halda sükan arxasına əyləşməməyi tövsiyə edir.

Unutmayaq ki, yol hərəkəti zamanı intizamlı olmaq özümüzə və başqalarına verdiyimiz dəyərdir!






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031