azturkxeber.az
http://azturkxeber.az

Peşəkar Çövkən Liqasında gərgin mübarizə davam edir ( VİDEO, FOTO )

06-04-2026

03-04 aprel 2026-cı il tarixlərində Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Binə Atçılıq Mərkəzində Peşəkar Çövkən Liqasının 3-cü turunun oyunları keçirilmişdir.

Azturkxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Atçılıq Federasiyasından məlumat verilib.

Məlumata görə, aprelin 3-də saat 12:00-da “Şamaxı” və “Buta Golden” çövkən komandaları arasında baş tutan gərgin mübarizə “Buta Golden” komandasının 5-0 hesablı qələbəsi, saat 13:00-da “Embawood” və “Sərhədçi” komandaları arasında keçirilən günün ikinci oyunu “Sərhədçi” komandasının 1-2 hesablı qələbəsi ilə başa çatmışdır.

Turun 04 aprel tarixində keçirilən növbəti oyunları saat 12:00-da baş tutmuşdur. “Zəfər” və “Xəzər” komandaları arasında keçirilən günün ilk qarşılaşması “Zəfər” komandasının 7-0 hesablı qələbəsi ilə başa çatmış, saat 13:00-da baş tutan qarşılaşma isə “Polad” komandasının “Omar” komandası üzərində 3-0 hesablı qələbəsi ilə bitmişdir.

Günün və turun saat 14:00-da “Elit” və “Atilla” komandaları arasında keçirilməsi planlaşdırılan son oyununda “Atilla” komandası iştirak etmədiyi üçün “Elit” komandasının aktivinə 6-0 hesablı texniki qələbə yazılmışdır.

Qeyd edək ki, 10 komandanın mübarizə apardığı Peşəkar Çövkən Liqasında 4-cü turun oyunları 17-18 aprel 2026-cı il tarixlərində baş tutacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
27282930