Peşəkar Çövkən Liqasında gərgin mübarizə davam edir






17-18 Aprel 2026-cı il tarixlərində Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Binə Atçılıq Mərkəzində Peşəkar Çövkən Liqasının 4-cü turunun oyunları keçirilmişdir.
Bu barədə Azturkxeber.az-a Azərbaycan Respublikası Atçılıq Federasiyasından veriləm məlumata görə, aprelin 17-də saat 12:00-da “Şamaxı” və “Elite” çövkən komandaları arasında baş tutan gərgin mübarizə 0-0 hesabı ilə yekunlaşmış, saat 13:00-da “Atilla” və “Omar” komandaları arasında keçirilməsi planlaşdırılan oyunda isə “Atilla” komandası iştirak etmədiyi üçün “Omar” komandasının aktivinə 6-0 hesablı texniki qələbə yazılmışdır.
Turun 18 Aprel tarixində keçirilən növbəti oyunlarında “Polad” komandası “Zəfər” komandası üzərində 2-0 hesablı, “Embawood” komandası isə “Xəzər” komandası üzərində 6-1 hesablı üstünlük əldə etmişdir.
Gərgin mübarizə ilə yadda qalan günün və turun son oyunu “Sərhədçi” və “Buta Golden” komandaları arasında keçirilmiş və “Sərhədçi” komandasının 2-0 hesablı qələbəsi ilə başa çatmışdır.
Qeyd edək ki, 10 komandanın mübarizə apardığı Peşəkar Çövkən Liqasında 5-ci turun oyunları 24-25 Aprel 2026-cı il tarixlərində baş
tutacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: