azturkxeber.az
http://azturkxeber.az

Qadınların tolerant və mütərəqqi cəmiyyətin inkişafındakı roluna həsr olunmuş konfrans keçiriləcək

23-11-2026

24 noyabr 2026-cı il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Tolerant və mütərəqqi cəmiyyətin formalaşmasında qadınların rolu” mövzusunda konfrans keçiriləcək.

Azturkxeber.az xəbər verir ki, konfransda dövlət qurumlarının rəhbərləri, müvafiq sahələr üzrə ekspert və mütəxəssislər, eləcə də ictimaiyyət nümayəndələri iştirak edəcəklər.

Tədbirdə qadınların cəmiyyətin inkişafında, tolerantlıq və multikulturalizm dəyərlərinin təşviqində, milli-mənəvi irsin qorunmasında və sosial tərəqqinin təmin edilməsində rolu müzakirə olunacaq. Bununla yanaşı, qadınların ictimai-siyasi, elm və təhsil sahələrində iştirakının genişləndirilməsi, gender bərabərliyinin təşviqi, gənc nəslin tolerantlıq və vətənpərvərlik ruhunda formalaşmasında qadınların töhfəsinin artırılması məsələləri diqqət mərkəzində olacaq.

Konfrans dövlət qurumları, ekspertlər və vətəndaş cəmiyyəti nümayəndələri arasında dialoqun gücləndirilməsi, təcrübə mübadiləsinin aparılması, yeni təşəbbüslərin təşviqi və əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından mühüm platforma rolunu oynayacaq.

Tədbir çərçivəsində “Təhsil, elm və maarifləndirmə: cəmiyyətin inkişafında qadın intellektinin gücü” və “Gələcəyin dayanıqlı cəmiyyəti: qadınların gücləndirilməsi naminə strateji hədəflər və tərəfdaşlıq” mövzularında panel sessiyalarının keçirilməsi nəzərdə tutulur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30